Avtomobil lizinqi şirkəti "Legion Financial" ASC Səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat yayıb.
İri şirkət yeni investor cəlb edib işini genişləndirmək istəyir - TOPLANTI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 may 2026-cı il, saat 12:00-da “Legion Financial” ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:
•İstiqraz buraxılışı;
•2025-ci ilin illik maliyyə göstəricilərinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın keçiriləcəyi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A













