“Qaradağ Tikinti Materialları” ASC-nin səhmdarlarının növbəti illik yığıncağı keçiriləcək. FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, yığıncaq 23 may 2026-cı il tarixində baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Səhmdar cəmiyyətin səhmdarları tərəfindən yeni investorların cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, müzakirələrin aparılması.
3. Səhmdar cəmiyyətin fəaliyyətin genişləndirilməsi məqsədilə, gələcəkdə görüləcək işlər barədə müzakirələrin aparılmasıdır.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ Lahmacun kafesi (Salyan şosesi 30 km).














