Martın 30-da türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.
Eləcə də bax: Türk lirəsinin ucuzlaşması Azərbaycan üçün - Hansı Təsirlərə Malikdir?
FED.az xəbər verir ki, bundan əvvəl lirənin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,2019 manat.
Qeyd edək ki, 2021-ci ilin fevralın 1-nə türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manata yüksələrək yarımillik maksimuma çatmışdı. Həmin tarixdən bəri lirə manata nisbətdə 12,03% ucuzlaşıb. (Apa)