Noyabrın 25-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 6,5% artaraq 0,1421 manata yüksəlib və dünənki tarixi minumuma nisbətdə mövqeyini bir qədər möhkəmlədib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 19,8%, ilin əvvəlindən isə 38% azalıb. Hazırda 1 manat 7,037 lirəyə bərabərdir.
Qeyd edək ki, Türkiyə lirə ardıcıl yenilənən rekord minumumlardan sonra ötən gün dollara nisbətdə 7% artaraq Bakı vaxtı ilə 20:10-da 1 dollar/11,6 lirə səviyyəsinə çatıb. Bundan əlavə, lirə dollara qarşı ardıcıl 11 sessiya rekord minumumları yenilədikdən sonra cüzi möhkəmlənib.
Xatırladaq ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsənin yüksəkdilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.
Mirsəid İbrahimzadə