Bu gün “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
FED.az QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, iclas zamanı gündəliyə uyğun olaraq “Bakı Fond Birjası” nin 2018-ci il üzrə büdcəsi və kapital bazarları qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanmış 2018-2020-ci illər üzrə Strateji Planı müzakirə olunaraq təsdiq edilib.