Bu gün Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,3% artaraq 0,5601 manat (1 manat/1,7854 lari) təşkil edib ki, bu da 2020-ci ilin iyun ayının 11-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, beləliklə larinin manata qarşı məzənnəsi 20 aylıq maksimuma çatıb. İlin əvvəlindən larinin manata qarşı 2% möhkəmlənib.
Qeyd edək ki, lari stabil mövqeyini ötən ilin əvvəlindən bəri saxlayır və stabil olaraq 0,54-0,55 manat səviyyəsində ticarət olunurdu.
Son məlumatlara görə, ötən il Gürcüstan Milli Bankı (GMB) doqquz valyuta hərracı çərçivəsində 332,9 mln. ABŞ dolları satıb. 2020-ci ildə isə larinin enməsi fonunda valyuta bazarını sabitləşdirmək üçün bank 26 hərracda 873,2 mln. dollar realizə edib.
Hazırda GMB larinin güclənməsinin səbəblərini sərt monetar siyasətdə, requlyatorun valyuta bazarına müdaxilələrində və turizmdən artan gəlirlərdə görür.