Dünya bazarında neftin qiyməti Səudiyyə Ərəbistinındakı hadisələr nəticəsində son 2 ildə ən yüksk həddə çatıb.
FED.az xəbər verir ki, birjalarda WTI neftinin qiymətləri dünən 1,71 dollar və ya 3,1% artaraq 57,35 dollara çatıb.
Brent markalı neftin qiymətləri isə 3,5 faiz yüksələrək 64.27 dollar olub. Bu 2015-ci ildən bu günə qədər neftin ən yüksək qiymətidir.
Bahalaşmanın səbəbi, Səudiyə Ərəbistanında baş verən son hadisələrdir.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanını idarə edən elita arasında münaqişə nəticəsində gücün Vəliəhd Şahzadə Mohammed bin Salmanın əlinə keçəcəyi gözləntiləri öz təsirini neftə yönəldib.
Hazırda bu ölkədə faktiki olaraq saray çevrilişi baş verir. İndiyədək qeyri-rəsmi olaraq ölkənin varidatını öz aralarında bölüşdürən çoxsaylı şahzadələr həbs edilir, bəziləri müəmmalı təyyarə və helikopter qəzalarında həlak olur, onlarla şahzadə və nazir isə həbs edilib.
Ölkə prokurorluğu bu prosesin ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində aparıldığın bildirsə də, bəzi ekspertlər bildirir ki, həbs və qətllər əslində vəliəhd şahzadənin taxt-taca yolunu «təmizləmək» məqsədi daşıyır.