Ermənistan banklarının “Mir” kartlarına xidmət göstərməyi dayandırmaq qərarına ABŞ-ın görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.
Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi - DAYANDIRDI
FED.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan risklərdən qorunmaq və vəziyyəti düzəltmək üçün işləməyə davam edəcək: "Müzakirələr davam etdiriləcək", deyə Kremlin sözçüsü vurğulayıb. (Apa)