“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları bu gecədən Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarını yeni sanksiyalar paketinə daxil edib
FED.az xəbər verir ki, bu barədə sistemin çağrı mərkəzindən məlumat verilib.
“ArCa”nın operatoru bu məsələ ilə bağlı banklarla əlaqə saxlamağı tövsiyyə edib.
Xatırladaq ki, iki həftə bundan əvvəl “ArCa”nın üzvü olan banklara Rusiyanın "Mir" sisteminə məxsus kartlara xidmət göstərməyi dayandırmaq barədə rəsmi bildiriş alıb. Bununla belə “Mir” kartlarına xidmət göstərən “Bank VTB Armenia” (Rusiyanın "Bank VTB"sinin törəmə müəssisəsi) Ermənistanda Rusiya kartları ilə işləməyə davam edəcək.
Xatırladaq ki, ABŞ "Bank VTB"ə sanksiya tətbiq edib. (Report)