01.11.2017-ci il tarixinə bank sektorunun kredit qoyuluşları 11 milyard 731.9 milyon manat təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, Oktyabrın əvvəli ilə müqayisədə 253 milyon manat azalıb.
01.10.2017-ci il tarixində kredit qoyuluşları 11 milyard 984.9 milyon manat idi.
Bu ilin 10 ayı ərzində isə kredit qoyuluşları 4 milyard 70,2 milyon manat azalıb.
İlin əvvəlində kreditlərdə azalmanın xeyli hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlı idi.
Kreditlərin verilməsi azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.