Bu il iyunun 1-nə Azərbaycanda kredit qoyuluşu 11 milyard 552,3 milyon manat təşkil edib.
FED.az xəbər bverir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, mayın 1-i ilə müqayisədə 129,7 milyon manat və yaxud 1,1% çoxdur.
İlin əvvəlinə nisbətən ölkədə kreditləşmə 214,7 milyon manat və yaxud 1,9% artıb, son 1 ildə isə 2 milyard 842,5 milyon manat və yaxud 18,75% azalıb.