Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin noyabr ayının 1-ə iqtisadiyyata kredit qoyuluşu 11 mlrd. 731,9 mln. manat təşkil edib.
Fed.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, beləliklə, oktyabrda iqtisadiyyata kredit qoyuluşu 2,12% və ya 253 mln. manat azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 23,6% və ya 3 mlrd. 614,8 mln. manat azalıb.
Kredit qoyuluşu 24% azalıb
16:10
8 Dek 2017