2024-cü ilin 9 ayı ərzində banklararası pul bazarında faizləri tənzimləmək, avtonom amillərin təsirlərini operativ şəkildə məhdudlaşdırmaq üçün keçirilən sterilizasiya məqsədli 7 günlük repo əməliyyatlarının 22-si baş tutub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Bu alət üzrə son hərracda formalaşan gəlirlilik 6.99% olub.
Dövr ərzində pul siyasəti alətlərinin kəmiyyət parametrləri likvidliyin monitorinqi 10 Dövr üzrə əməliyyatların məbləğinin əməliyyatların keçirildiyi günlərin sayına bölünməsilə hesablanıb, və proqnozlaşdırılması əsasında müəyyən edilib. Hesabat dövründə likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemi beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilib.
Sterilizasiya əməliyyatları ilə yanaşı, hesabat dövründə bankların likvidliyə olan ehtiyacının qarşılanması məqsədilə 1 günlük daimi imkan qismində əks-repo əməliyyatları da keçirilib. 2024-cü ilin 9 ayı ərzində bu əməliyyatların orta günlük həcmi 166.3 mln. manat10 olub. O cümlədən bu göstərici I rübdə 10 mln. manat, II rübdə 96.7 mln. manat, III rübdə isə 213.4 mln. manat olub.
Hesabat dövründə məcburi ehtiyat normalarının ortalama rejimində tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik və effektiv idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların hər iki valyutada Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini üstələyib.
Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın həyata keçirdiyi monetar əməliyyatlar banklar tərəfindən likvidliyin daha effektiv idarə olunmasına, banklararası bazardakı aktivliyə və faiz ötürücülüyünün güclənməsinə müsbət təsir edib.