2024-cü ilin yanvar-sentyabr ayları ərzində “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 67.1 mlrd. manat məbləğində 2466 ədəd əqd bağlanıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Bu əməliyyatların həcm olaraq 97%-i 1-3 günlük olub. Banklararası repo bazarında isə 7.9 mlrd.
manat həcmində 541 əqd bağlanıb. Bu əqdlərin həcm olaraq 38%-i 1-3 günlük, 28%-i isə 6-8 günlük əməliyyatlar olub. Həm təminatsız, həm də təminatlı bazarda bağlanılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.