Hesablama Palatası pensiya təminatı sistemində əsas riski açıqlayıb.
Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
FED.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, pensiya təminatı sisteminin qiymətləndirilməsi zamanı bir sıra göstəricilər əsas götürülür.
Vüqar Gülməmmədov qeyd edib ki, dövlət tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və iqtisadi imkanlar maliyyə baxımından yaxın illərdə riskləri istisna etsə də, demoqrafik göstəricilərin davranışı artıq bəzi meyilləri işıqlandırmaqdadır: “Belə ki, cari dövrdə pensiyaçıların sayının azalması fonunda pensiya xərclərinin artması sığortaolunanlar tərəfindən ödənilən sosial sığorta haqqının daha çox hissəsinin Dövlət Sosial Müdafiə Fondunun sığorta ödənişlərinin maliyyələşdirilməsinə yönəldiyini göstərir. Bu isə gələcəkdə fondun resurs ehtiyatı yaratmaq imkanlarının məhdudlaşdıra bilmə ehtimalına səbəb ola bilər. Eyni zamanda, statistik göstəricilərin təhlilindən irəli gələrək, Hesablama Palatası gələcəkdə baş verəcək yaşlanma fonunda sığortaolunanlar qarşısında götürülən öhdəliklərin həyata keçirilməsi üçün Fond tərəfindən müvafiq strateji baxışların hazırlanmasını zəruri hesab edir”. (Apa)