Fevral ayında valyuta hərraclarında satılan dollar həcmi kəskin artıb. Dövlət Neft Fondu fevral ayında valyuta hərraclarında satılan valyutanın həcmini açıqlayıb.
Eləcə də bax: Dövlət Neft Fondunun 2019-cu ildə - GƏLİR VƏ XƏRCLƏRİ AÇIQLANDI
FED.az xəbər verir ki, 2020-ci ilin fevral ayı ərzində valyta hərraclarında 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu yanvar ayı ilə müqayisədə 80% və ya 1,8 dəfə artıqdır.
Xatırladaq ki, yanvar ayındakı hərraclarda 300,2 milyon dollar valyta satılmışdı.