15 Noyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Eləcə də bax: Azərbaycanda özəl şirkətlər dövlət zəmanətilə - Borc Ala Biləcəklər
FED.az xəbər verir ki, hərracda tələb 76,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
10 Noyabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 22,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 86 valyuta hərracında banklara 4 milyard 393,1 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.
"Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır",- Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.