Keçirilmiş sorğuya görə, hər ikinci rus 1 dolları 50 rubldan baha görmək istəmir.
Rusiya iqtisadiyyatının kiçilməsinin əvvəlki proqnozdan daha az olacağı gözlənilir
Hər altıncı rus optimal məzənnəni 50-60 rubl, hər onuncu rus isə 60-70 rubl hesab edir.
FED.az xəbər verir ki, araşdırmanı "MoneyMan" aparıb.
Ümumilikdə respondentlərin böyük əksəriyyəti, yəni 72,2%-i valyuta məzənnəsi ilə maraqlanır.
Eyni zamanda, respondentlərin yalnız 9,2%-nin dollarla əmanətləri var. (Marja)