Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Rusiyada iqtisadi azalma proqnozunu iki dəfə azaldaraq 1,5%-ə endirib və 2024-cü ildə ÜDM-in artımı proqnozunu dəyişməyərək 1% səviyyəsində saxlayıb.
FED.az xəbər verir ki, Bu barədə bankın regionda iqtisadiyyatın vəziyyəti ilə bağlı çərşənbə axşamı dərc olunmuş hesabatında deyilir.
Fevral ayında yayılan əvvəlki proqnozda n 2023-cü ildə Rusiya iqtisadiyyatının 3% azalacağı, gələn il isə 1% artacağı deyilirdi.
Əvvəllər mərkəzi ofisi Londonda yerləşən Bankın ekspertləri Rusiya iqtisadiyyatının 2022-ci ildə 3,5% azalacağını gözləyirdilər. Çərşənbə axşamı dərc edilən hesabatda qeyd edildiyi kimi, azalma 2,1% təşkil edib. Bunun əsas səbəbi kimi “yüksək enerji qiymətlərinin irimiqyaslı sanksiyaların mənfi təsirini qismən yumşaltması” göstərilir. Eyni zamanda, AYİB bildirir ki, enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi və Qərb ölkələrinin Rusiya nefti və neft məhsullarının qiymətlərinə yuxarı həddi tətbiq etməsi “ixracın həcminə və dövlət gəlirlərinə mənfi təsir göstərib”.
"Yeni sanksiyaların təsiri nəticəsində iqtisadiyyatın 2023-cü ildə yenidən 1,5% kiçilməsi gözlənilir. Bununla belə, bu, neftin qiymətinin artması gözləntiləri və neft ticarətinin yönləndirilməsi ilə əlaqədar olaraq fevral ayında verilən proqnozların yuxarıya doğru yenidən nəzərdən keçirilməsi deməkdir. 2024-cü ildə artıma qayıdış gözlənilir ki, bu da proqnoza görə 1% olacaq. Kredit təşkilatı qeyd edib ki, Rusiya iqtisadiyyatı Ukraynadakı münaqişənin gedişatından və beynəlxalq sanksiyaların ölkəyə təsirindən asılı olacaq. (Marja)