Bu il dekabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.
Eləcə də bax: Azərbaycandan Gürcüstana pul köçürmələri - 2 Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Gürcüstanın ümumilikdə 7,2 milyard ABŞ dolları həcmində xarici dövlət borcu var ki, bunun da 7 milyard ABŞ dolları hökumətin payına düşür.
Ötən ay qonşu ölkənin Türkiyə (10,959 milyon ABŞ dolları), Rusiya (43,134 milyon ABŞ dolları) və Ermənistana (5,954 milyon ABŞ dolları) da borcu sabit qalıb.