Cümə günü Gürcüstan Bankının saytında ingilis dilində bir bəyanat dərc olunub.
Eləcə də bax: Fitch Rusiyanın 32 bankının reytinqini - AŞAĞI SALDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, ona əsasən, Rusiyanın bütün vətəndaşları bank hesabları açmaq istədikləri təqdirdə aşağıdakı öhdəliklərə imza atmalıdırlar:
1. Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünü pisləyirəm.
2. Razıyam ki, Rusiya 2008-ci ildə Gürcüstanı, 2014 və 2022-ci illərdə Ukraynanı işğal etmiş işğalçıdır.
3. Mən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirəm və Abxaziya və Samaçablo (Cənubi Osetiyanın gürcücə alternativ adı) Gürcüstan olduğunu tanıyıram.
4. Razıyam ki, Rusiya hökumətinin təbliğatını aparmayacağam və ona qarşı mübarizəni dəstəkləyəcəyəm.
5. Mən başa düşürəm ki, bu qaydaların hər hansı pozulması mənim hesabıma xitam verilməsi ilə nəticələnəcək.
“Kommersant” yazır ki, Gürcüstan Bankı sənədi imzalamaqdan imtina etdikdən sonra Gürcüstana tətilə gələn üç rus ailəsi üçün artıq hesab açmaqdan imtina edib.
Bir gün əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə “ruslara qarşı ayrı-seçkilik” hallarının olduğunu bildirib və rusofobiyanın istənilən təzahürünə görə cinayət təqibi ilə hədələyib.