Bu gün Azərbaycanda gümüşün qiyməti bir unsiyaya görə 39,4421 manat təşkil edib ki, bu da cari ildə və ötən ilin dekabrın 1-dən bəri qeydə alınmış ən aşağı göstəricidir.
Eləcə də bax: «Alibaba»nın səhmləri ən aşağı həddə düşdü – TARİXİ MİNİMUM
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti mayın 18-də olub – 48,3907 manat.
Həmin tarixindən bəri gümüşün dəyəri 18,5% azalıb.
Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün bir unsiyası 23,43 ABŞ dollarına (39,83 manat) ticarət olunur. (Apa)