Çinin məşhur şirkəti və internet nəhəngi olan «Alibaba» şirkətinin səhmləri avqustun 19-da Honqkonq birjasında tarixində aən aşağı həddə düşüb - 160,3 honqkonq dolları və ya 20,57 ABŞ dolları.
"Alibaba"nın gəliri 34% artaraq - 32 Milyard Dollara Çatıb
FED.az xəbər verir ki, sonradan qiymətlər bir qədər artaraq 20,81 dollara yüksəlib, amma günlük ucuzlaşma 5,5% təşkil edib.
«Alibaba»nın səhmlərinin ucuzlaşması Çin hökumətinin atdığı addımlarla bağlıdır. Hökumət yeni məhdudiyyətlərə qərar verib. Bu qərar iri internet şirkətlərində çalışanların hüquqlarına və videostriminq xxidmətlərinə aid olacaq.
Qeyd edək ki, bir qədər əvvəl Çin hkumətinin daha bir sahəyə müdaxiləsi səhmlərin kəskin ucuzlaşması ilə nəticələnmişdi. Belə ki, hökumət repetitor xidməti göstərən şirkətlərin qeyri-kommersiya qurumuna çevrilməsini, xarici kapitalsız işləməsini tələb etmiş, onların səhmlərinin isə xarici birjalarda yerləşdirilməsini qadağan etmişdi. Bu qərar nəticəsində indiyədək həmin sahədə çalışan şirkətlərin səhmləri kəskin ucuzlaşmış və xarici səhmdarlar böyük zərərə düşmüşdülər.