Ən böyük beynəlxalq audit şirkətlərindən biri olan KPMG ABŞ-da iqtisadi problemlər səbəbindən konsaltinq xidmətinə tələbatın kəskin azalması ilə əlaqədar olaraq təqribən 700 əməkdaşını işdən çıxarmaq niyyətindədir.
“Goldman Sachs”ın direktoru açıqladı: “İxtisarlara gecikmişik”
FED.az bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.
KPMG ABŞ-da ixtisarlar aparmaq qərarına gələn "Böyük Dördlük" beynəlxalq audit şirkətlərindən birincisidir. Buraya həmçinin Ernst & Young, Deloitte və PricewaterhouseCoopers şirkətləri də daxildir.
KPMG-nin son hesabatına əsasən, şirkətin ABŞ-dakı heyətinin sayı 2021-ci ilin sonlarında 35 min nəfəri keçib. (Trend)