Ödəniş bazarında fəaliyyət göstərən təşkilatlar elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün lizensiyaya ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edə bilərlər.
Ödəniş təşkilatları və elektron pul təşkilatları üzrə - YENİ TƏLƏBLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov mətbuat konfransında bildirib.
Hal-hazırda yalnız bir təşkilat lizensiya ilə bağlı müraciət edib.
Qeyd edək ki, AMB-nin qərarına görə, elektron pul təşkilatlarının nizamnamə kapitalına tələb 750 min manat səviyyəsində müəyyən olunub.