Azərbaycanda əhalinin 40%-dən çox hisəsi yığıma meylli olsa da, onun cüzi hissəsi pul yığır və ya bunu bank əmanətləri vasitəsilə edir.
Fiziki şəxslərin əmanətlərinin 70 faizi milli valyutadadır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə aparılan araşdırmalar göstərir ki, ölkə əhalisinin yığıma meylliyi yüksəkdir. Belə ki, 41 faiz əhali yığıma meyllidir, amma banklarda real əmarət hesab olanlar qat-qat aşağıdır.
Dünya Bankının Fintex hesabatına əsasən, dünyada yetkinlik yaşına çatmış əhalinin orta hesabla 4,5 faizinin əmanət hesabı var. Azərbaycanda bu göstərici dünya ortalamasından 2 dəfə aşağıdır. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, yetkinlik yaşına çatmış əhalinin cəmi 2,4 faizinin banklarda müddətli depoziti – əmanəti var.
Hökumət bildirir kpi, banklarda əmanət toplayanların sayının azlığı müxtəlif səbəblərlə bağlıdır. Bu səbəblərdən biri əmanət yığmağa tələbatın aşağı olmasıdır. Yənit ev təsərrüfatlarının yığım səviyyəsinin aşağı olması, kiçik və orta bizneslərin (KOB) yığımlarını banklarda saxlamaqda maraqlı olmaması, mikro sahibkarların isə nağd vəsaitlə əməliyyatlara üstünlük verməsidir.
Digər tərəfdən, aparılan araşdırmalar göstərir ki, bankda pul saxlayanların az olmasının əsas səbəblərindən biri biznesin bankdakı pullarına zəmanət verilməməsidir. Belə ki, qanuna görə, KOB-ların cari hesabları əmanətlərin sığortalanması mexanizmi ilə əhatə olunmayıb. Bu sahədə yalnız fiziki şəxslərin sahibkarlıq məqsədilə açdığı bank hesablarındakı 20 min manatadək pul vəsaiti sığortalanır.
Banka əmanət yatıran müştərilərin sayının az olmasının digər səbəbi, bu sahədə bankların irəli sürdüyü şərtlər və bankların əmanət cəlb etməyə marağının aşağı olmasıdır.
Belə ki, yüksək likvidlik səbəbindən (xüsusilə iri dövlət neft-qaz şirkətlərinin korporativ depozitləri üzrə) sistem əhəmiyyətli bankların pərakəndə depozitlərin cəlb edilməsinə marağı aşağıdır.
Əmanət bazarında innovativ yığım məhsulları (məsələn qızıl əmanət hesabı kimi məhsul) da azdır.
Hökumət qşarşıdakı illərdə kiçik məbləğli əmanətlərə xiçusi diqqət yetirmək niyyətindədir: «Xüsusilə, kiçik depozitlərin maliyyə sisteminə daxil edilməsi vacibdir». Hazırda ölkə qanunvericiliyi kiçik əmanətlərin stimullaşdırılması baxımından diferensial deyil.
Digər tərəfdən, yuxarıda göstərilən daha bir səbəb – bəzi banklar xərc baxımından effektiv olmadığı üçün əmanətlərə minimum məbləği limiti tətbiq edib. Bu isə aşağı məbləğli əmanətlərin sektora cəlb edilməsinə mənfi təsir edir.














