31 avqust 2026-cı il tarixində, saat 12:00-da “Legion Financial” ASC-nin (VÖEN: 2006222901) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 25A ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə istiqraz buraxılışı, eləcə də 2026-cı ilin birinci yarımili üzrə maliyyə göstəricilərinin müzakirəsi və təsdiqi məsələləri daxil edilib.
Səhmdarlar gündəlikdə yer alan məsələlərlə bağlı ətraflı məlumat almaq üçün 050 247 99 31 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, ASC 2020-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 910 min manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Böyükağa Mirkamal oğludur.
“Legion Financial” ASC səhmdarlarının iclası ilə bağlı tarixi - AÇIQLADI
16:44
4 Avq 2026












