Premium Bank
İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə)
Son tarix 05 sen 2026 - [email protected]
“Premium Bank” ASC İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə).
İşin təsviri:
- Kredit əldə etmək üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
- Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək;
- Kredit müraciətləri ilə bağlı təhlilin aparılması;
- Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
- Kredit portfelinin artırmaq və idarə etmək;
- Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
- Qarantiya müraciətlərinin qəbul etmək və sənədləşmə işlərini aparmaq;
- Əmanətçi müştərilər ilə əməliyyatları aparmaq.
Namizədə dair tələblər:
- Ali (iqtisadi) təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Bank qanunvericiliyi barədə bilikli olmaq;
- Azərbaycan dili səlis olmalı, Rus dili arzuolunandır;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














