“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tener çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 3 milyon 385,8 min manat təşkil edir.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Axundova Zeynəb - Baş mütəxəssis / [email protected] / +994 12 525 41 30 (5158)













