Azərbaycanın aparıcı banklarından olan "Ziraat Bank Azərbaycan" ASC-nin istiqrazları ticarətə buraxılır.
FED.az xəbər verir ki, bu gün, avqustun 6-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi "ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.
Qərara əsasən, Türkiyə bankının istiqrazlarının birjada yerləşdirilməsinə (satışına) avqustun 21-dən başlanacaq və 10 gün davam edəcək.
Buraxılışın ümumi həcmi 15 milyon manatdır. Buraxılış çərçivəsində investorlara hər birinin nominal qiyməti 100 manat olan 150 min ədəd istiqraz təklif olunacaq.
İstiqrazlar 12 ay dövriyyədə olacaq, onların illik gəlirliyi 10,5% təşkil edəcək və faizlər hər 3 aydan bir ödəniləcək.
Buraxılışın anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001019606 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
150,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
15,000,000 manat |
|
İllik gəlirlilik faizi |
10.5% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
12 ay |
|
Ticarətə buraxılma tarixi |
26.08.2026 |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |













