Azərbaycanda son illər sayı sürətlə artan təmizlik şirkətlərinin gəlirləri də kifayət qədərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təmizlik xidmətləri təklif edən şirkətlərdən biri - “Alpa” ASC (VÖEN: 1504549901) 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Ötən il şirkətin əsas əməliyyat gəlirləri 195 min manat olub. Bu, 2024-cü illə müqayisədə 3,7 min manat və ya 1,9% daha azdır.
Şirkətin satışlarının maya dəyəri 101,8 min manat (2,2 dəfə) artaraq 189,2 min manata yüksəlib. Halbuki, 2024-cü ildə bu xərclər 87,4 min manat idi.
Satışların maya dəyərinin artması şirkətin mənfəətinə əhəmiyyətli dərəcədə təsir edib. Şirkətin ümumi mənfəəti 5,8 min manata bərabər olub ki, bu da, 2024-cü ildəki 111,3 min manatdan 105,5 min manat, yaxud da 19,2 dəfə daha azdır. Mənfəətdən 1,2 min manat mənfəət vegisi xərci çıxılıb.
Yekunda, ötən il “Alpa” ASC-nin xalis mənfəəti 4,6 min manata bərabər olub ki, bu da, 2024-cü ildəki 95,8 milyon xalis mənfəətdən 91,2 min manat və ya 20,8 dəfə daha azdır.
Hesabat dövrünün sonunda şirkətin cəmi aktivlərinin həcmi 940,3 min manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 758,5 min manat və ya 5,2 dəfə çoxdur. Akivlərin artmasının əsas səbəbi debitor borclarının yarım milyon manata çatması hesabına ba verib.
Bəhs olunan dövrdə şirkətin cəmi öhdəlikləri 629,8 min manat olmaqla, illik müqayisədə 611,9 min manat və ya 35,2 dəfə artıb.
Nəticə olaraq, 2025-ci ilin sonunda “Alpa” ASC-nin cəmi kapitalı 310,4 min manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 146,5 min manat, yaxud da 89,4% daha çoxdur.








![Azərbaycanda təmizlik şirkəti ildə 100 min manat qazanırmış – [red]GƏLİRLƏRİ AÇIQLANDI - HESABAT[/red] | FED.az](/upload/news/small/1196460.jpeg)
![Azərbaycanda təmizlik şirkəti ildə 100 min manat qazanırmış – [red]GƏLİRLƏRİ AÇIQLANDI - HESABAT[/red] | FED.az](/upload/news/small/4519592.jpeg)







