Azərbaycanda dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi hazırlanıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı il üzrə yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını ehtiva edən Təlimatlar (Pasportlar) hazırlanıb.
Bundan başqa, Həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları (dividendlər) və büdcə xərclərinin (investisiya, subsidiyalar, borc öhdəlikləri və s.) uçot bazası yaradılmış və illər üzrə fiskal balans hesablanıb.












