Dövlət Neft Fondunun investisiya porfelində ən çox yatırım olunan səhmlərin payı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq Fonddan bildirilib ki, fond tərəfindən inkişaf etmiş ölkələrin səhmlərinə iyun ayının sonuna investisiya edilmiş vəsaitin həcmi 7,1 milyard dollar olub, gəlir isə 10,9 milyard dollar təşkil edib. Portfelin cari dəyəri 18 milyard dollardır.
bu ilin birinci yarısının sonunda səhmlərdə ən çox yatırım «NVIDIA»ya olunub. Belə ki, bu səhmlərə yatırımların həcmi porfeldə 817 milyon dollar təşkil edib.
«Apple» səhmlərinə yatırımlar 752 milyon dollar, «Alphabet» səhmlərinə yatırımlar 466 milyon dollar təşkil edib.
Bundan başqa, «Microsoft» səhmlərinə yatırımlar 408 milyon dollar, «Amazon» səhmlərinə yatırımlar 369 milyon dollar, «Broadcom» səhmlərinə yatırımlar 300 milyon dollar, «ASML Holding» səhmlərinə yatırımlar 289 milyon dollar, «Micron Technology» səhmlərinə yatırımlar 82 milyon dollar, «Meta Platforms» səhmlərinə yatırımlar 230 milyon dollar və «Tesla» səhmlərinə yatırımlar 219 milyon dollar təşkil edib.
Fonddan verilən məlumata görə, səhm portfelinin regionlar üzrə bölgüsündə ilk yerdə ABŞ qərarlaşıb. ABŞ səhmlərinə yatırımlar ümumi yatırımların 63,2%-ini tutub.
Yaponiya səhmlərinə yatırımlar 5%, Fransa səhmlərinə yatırımlar 4,4%, İsveçrə səhmlərinə yatırımlar 4,3%, Almaniya səhmlərinə yatırımlar 3,9%, Böyük Britaniya səhmlərinə yatırımlar 3% olub.
Bundan başqa NF-nun Kanada səhmlərinə yatırımları 2,9%, Niderland səhmlərinə yatırımlar 2,8%, İspaniya səhmlərinə yatırımlar 1,8% və digər ölkələrin səhmlərinə yatırımlar 8,8% olub.
Səhm portfelinin sektorlar üzrə bölgüsü də açıqlanıb.
Belə ki, informasiya texnologiyaları 24,3%, maliyyə 18,4%, sənaye 10,3%, qeyri-zəruri təlabat malları 8,8%, kommunikasiya xidmətləri 8%, səhiyyə 7,8%, kommunal xidmətlər 7,3%, xammal 5,8% zəruru təlabat malları 5,7% və enerji 3,6% paya sahib olub.













