Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı müddəti artırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda 30 gün olan biletin əvvəlcədən alınma müddəti 44 günə qaldırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dan (ADY) verilən məlumata görə, bu müddət mərhələlərlə 90 günə çatdırılacaq. Yəni qatarla səyahət etmək istəyənlər 3 ay əvvəlcədən bilet ala biləcəklər.
Qurumdan bildirilib kİ, paralel olaraq sərnişin qatarlarına əlavə reyslər də təşkil ediləcək.












