Dövlət Mühafizə Xidməti (VÖEN: 1703026891) hərbi trikotaj geyimlərin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Black Rams Uniform” MMC (VÖEN: 2905005621) olub. Tərəflər arasında 48 min 176 manatlıq müqavilə imzalanıb.
Qurumun digər xüsusi iş geyimlərinin satın alınması ilə bağlı tenderinin qalibi “Günteks” MMC (VÖEN: 0701428371) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 20 min 337 manat təşkil edib.
Qeyd edək ki, “Black Rams Uniform” MMC 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qaraxanı Elgiz Fəxrəddin oğludur.
“Günteks” MMC isə 2024-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır.













