Cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Maliyyə Nazirliyindən FED.az-a bildirilib ki, geri qaytarılan vəsaitlərin əksəriyyəti «ƏDV geri al» layihəsinə aiddir. Belə ki, vətəndaşların mağaza və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət yerlərində - teatr, kino, muzey, konsert və sair xərclədiyi vəsaitlərə görə ƏDV geri qaytarılır.
Bundan başqa, klinikalardakı tibbi xidmətlərə, eləcə də qarabağdakı mehmanxanalara xərclənən pullardan tutulan ƏDV-nin də bir hissəsi geri qaytarılır.
ƏDV geri al layihəsindən Azərbaycana gələn xaricilər də faydalanır – belə ki, xaricilər tərəfindən Azərbğayanda malların alınmasına ödənilmiş ƏDV-nin bir hissəsi ölkədən çıxanda onlara qaytarılır.
ƏDV-nin böyük hissəsi köçürmə yolu ilə ev və obyekt alanlara qaytarılıb. Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi də geri qaytarılır.
Nəhayət, ilk yarım ildə əhaliyə qaytarılan artıq ödənilmiş vergilər və dövlət rüsumu, artıq ödənilən faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.












