“Expressbank” ASC-də yeni kadr təyinatı həyata keçirilib.
FED.az xəbər verir ki, Rövşən Həsənov bankın Komplayens departamentinin Monitorinq və hesabatlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Rövşən Həsənov 2016-cı ildən “Expressbank”da çalışır. O, bankdakı fəaliyyəti ərzində filial əməliyyatları, müştəri xidməti, kassa əməliyyatları və komplayens istiqamətləri üzrə müxtəlif vəzifələrdə iş təcrübəsi qazanıb.
Yeni şöbə müdirinin monitorinq, hesabatlılıq və maliyyə əməliyyatlarına nəzarət sahələrində geniş peşəkar təcrübəyə malik olduğu bildirilir.
Təyinat Rövşən Həsənovun “Expressbank” daxilində növbəti karyera yüksəlişidir (|Marja.az).













