Bu ilin birinci yarısında investisiya şirkətlərinin Bakı Fond Birjasında apardığı əməliyyatların sayı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, əməliyyat sayı ən çox olan şirkət «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC olub, şirkətin birja əməliyyatlarının sayı 43 min 817-ə çatıb. Digər ən çox əməliyyat aparan şirkət isə 18 min 824 əməliyyat ilə «ABB İnvest İnvestisiya Şirkəti» QSC olub.
«Troni İnvestisiya Şirkəti» QSC birjada 6 min 334, «Unicapital İnvestisiya Şirkəti» ASC birjada 3 min 884 əməliyyat aparıb.
Əməliyyat sayı çox olan digər şirkətlər «İnvest-Az İnvestisiya Şirkəti» QSC, «CPM-İnvest İnvestisiya Şirkəti» QSC və «Assist Finance İnvestisiya şirkəti» ASC olub. Şirkətlər müvafiq olaraq 3 min 532, 1 736 və 1 325 əməliyyat aparıb.
Ölkədə fəaliyyət göstərən investisiya şirkətləri arasında 6 investisiya şirkətlərinin əməliyyat sayı isə 1 000-dən aşağı olub.
Beləliklə, «İnno Kapital İnvestisiya Şirkəti» ASC 619, «Capital Partners İnvestisiya Şirkəti» QSC 312, «Xalq Bank» ASC 266, «Xalq Kapital İnvestisiya Şirkəti» QSC 142, «MFX Trading İnvestisiya Şirkəti» 38 və «CFI FİNANCİAL İnvestisiya Şirkəti» QSC 33 əməliyyat aparıb.













