Son aylar dünya bazarında neftin bahalaşması Azərbaycanın büdcə gəlirərini \anın Bu ilin yanvar – iyul aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici proqnoza nisbətən 848,1 milyon manat çoxdur.
2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.
Bu dövrdə neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 985 milyon manat təşkil edib. Bu proqnoza nisbətən 596 manat və ya 25% artıqdır.
Başqa sözlə, ilk yarım ildə büdcənin 850 milyon manatlıq əlavə gəlirlərinin 3-də ikisi neft-qaz gəlirlərinin payına düşüb.












