Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin qiyməti 2,33 dollar və ya 2,56% artaraq 93,37 dollar olub.
Bir gün əvvəl Azərbaycan nefti 91,04 dollar idi.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 65 dollardan hesablanıb.












