Tax, Audit and Consulting Services MMC
Qiymətli kağızlar üzrə satış təmsilçisi
Son tarix 07 sen 2026 - [email protected]
İş yeri: Bakı, Ağ Şəhər
Vəzifə haqqında
- İnvestorlara qiymətli kağızlar üzrə satış və məsləhət xidmətləri göstərmək.
- Müştəri bazasını inkişaf etdirmək və satış planlarının icrasını təmin etmək.
Əsas vəzifə öhdəlikləri
- Qiymətli kağızlar üzrə satış və məsləhət xidmətləri göstərmək;
- Potensial müştərilərlə əlaqələr qurmaq və danışıqlar aparmaq;
- Müştəri sifarişlərini qəbul etmək və icrasını koordinasiya etmək;
- KYC, AML/CFT və digər tənzimləyici tələblərə əməl etmək;
- Satış hesabatlarını hazırlamaq və bazar təhlilləri aparmaq;
- Müştəri məlumatlarının məxfiliyini qorumaq.
Namizədə tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bank işi və ya əlaqəli sahə);
- Satış və ya maliyyə xidmətləri sahəsində minimum 1–2 il təcrübə;
- Qiymətli kağızlar bazarı üzrə baza bilikləri;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis və/və ya rus dili üstünlükdür;
- Analitik düşüncə, ünsiyyət və satış bacarıqları.
Biz nə təklif edirik
- Rəsmi əmək müqaviləsi;
- 40 saatlıq iş həftəsi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və inkişafyönümlü iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














