Azersun Holding
Baş Kimyaçı
Son tarix 07 sen 2026 - [email protected]
Azərsun Holding olaraq, Keyfiyyət Təminatı Direktorluğunun Mərkəz Laboratoriya bölümünə təcrübəli kimyaçı axtarırıq. Bu vəzifənin əsas məqsədi laboratoriya proseslərinin optimallaşdırılması və daha da effektiv fəaliyyətini təmin etmək, yeni metodikaların tətbiqi ilə müəssisənin keyfiyyət sahəsində yenilikləri təmin etməklə bazar rəqabətinə dayanıqlılığını artırılmasında iştirak etməkdir.
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələrdə dövlət standartında tələb olunan analizlərin uyğun metodlarla aparılmasını, nümunə və analiz nəticələri qeydiyyatının prosedura uyğun şəkildə aparılmasını, qeydlərin düzgün şəkildə mühafizə edilməsini və istənilən zaman əldə edilə bilən olmasını təmin etmək;
- Yeni uyğun sınaq metodlarını hər tərəfli araşdıraraq laboratoriyada tətbiqini təmin etmək;
- Analiz metodlarının qismən dəyişdirilməsi, yenilənməsi, başqaları ilə əvəz olunması haqqında təkliflər vermək;
- Analiz nəticələrinin hesablanmasını, ən qısa zamanda düzgün şəkildə raporlanmasını və əlaqədar şəxslərə göndərilməsini təmin etmək;
- Laboratoriyanın ISO 17025:2020 standartına uyğun akkreditasiya auditlərinə hazırlığını təşkil etmək;
- Sınaq metodlarının validasiyasını, verifikasiyasını, qeyri-müəyyənliyinin hesablanmasını, təkrarlanabilirlik və təkrar hasilediləilirlik hesablarının aparılmasını təşkil etmək, müvafiq hesabatları tərtib etmək;
- Laboratoriyalarda iş təlimatlarının yazılmasını və vaxtaşırı tələb olunan dəyişikliklərin aparılmasında iştirak etmək
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamaq;
- Rəhbərliyin tələbi ilə yeni analiz metodları, cihaz və avadanlıqlar araşdırmaq, cihazları quraşdırmaq və işə salmaq, yeni analiz metodlarının tətbiqini həyata keçirmək;
- Cihazlarda nasazlıqlar yarandıqda təmir/baxım işlərini aparmaq
- Laboratoriyada istifadə olunan qeydiyyat formlarını vaxtı-vaxtında doldurmaq;
- Reaktivləri qəbul etmək, anbar siyahısına yazmaq, miqdarı azalan reaktivləri müəyyən etmək və raporlamaq;
- Cihazlarda vaxtı-vaxtında ara yoxlamalar aparmaq və cihazları kalibrasiya etmək;
- Laboratoriyada Fiziki-kimyəvi analizlər üzrə beynəlxalq və yerli qarşılıqlı/müqayisəli sınaqların aparılmasında iştirak etmək, müqayisəli sınaq nəticələrinin raporlarını hazırlayıb rəhbərliyə təqdim etmək, uyğunsuzluq aşkar edilən sınaq nəticələri olduqda Düzəlişedici fəaliyyətin həyata keçirilməsini təmin etmək;
- Laboratoriya personalı və cəlb edilən təcrübəçilərin nəzəri və praktik tədrisini təmin etmək, sınaq müddəti ərzində nəzarətdə saxlamaq;
- Müasir və klassik analiz metodları sahəsində şirkətdaxili seminar və praktik təlimlərin keçirilməsini təşkil etmək.
- Sahəsi üzrə trendləri və yenilikləri izləmək, gərəkdiyində tətbiq etmək.
Tələblər:
- Kimya və ya Kimya mühəndisi ixtisası üzrə ali təhsilin olması vacibdir.
- Kimya sahəsi üzrə minimum 3 il iş təcrübəsi olması vacibdir.
- Azərbaycan Respublikasının Qida təhlükəsizliyi, Sanitariya-Gigiyena və həmçinin qida ilə bağlı digər normativ hüquqi aktların tələblərini bilməli;
- Laboratoriya fəaliyyətini tənzimləyən ISO 17025:2020 standartının tələblərini bilməlidir,
- Əmək funksiyalarının icrası üçün zəruri olan beynəlxalq (ISO, GOST, WHO, FDA, Codex Alimentarius) standartların tələblərini bilməli və ya onlar araşdırmağı bilməlidir;
- Laboratoriya cihazları ilə rəftarı xüsusilə onlara texniki qulluğu bacarmalıdır;
- Cihazların kalibrasiya edilməsi barədə məlumatlı olmalıdır;
- Microsoft Office (Word, Excel, Outlook, 1C) proqramlarında işləmə bacarığı olmalıdır.
- Azərbaycan, ingilis və rus dillərini bilməli,
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Baş Kimyaçı” qeyd edilməlidir.
Aqronom / Baş Aqronom
Son tarix 07 sen 2026 - [email protected]
Tələblər:
- Aqronomluq, Bitkiçilik, Kənd təsərrüfatı və ya digər aidiyyəti sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
- Aqronomluq sahəsində minimum 2-4 il iş təcrübəsi.
- Analitik düşünmə, problemlərin həlli və operativ qərarvermə qabiliyyəti.
- Komanda idarəetmə, təşkilatçılıq və liderlik bacarıqları.
Vəzifə öhdəlikləri:
- Əkin planlarının hazırlanmasını, icrasını və icra prosesinə nəzarəti təmin etmək.
- Əkin, becərmə, gübrələmə, suvarma və məhsul yığımı proseslərinin planlaşdırılmasını və idarə olunmasını təşkil etmək.
- Torpaq analizlərinin aparılmasını təşkil etmək və nəticələrə uyğun aqrotexniki tədbirləri müəyyənləşdirmək.
- Bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə tədbirlərinin hazırlanmasını və tətbiqinə nəzarəti həyata keçirmək.
- Gübrə və pestisidlərin düzgün seçilməsi, tətbiqi və istifadəsinə nəzarət etmək.
- Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində vakansiya adını qeyd etməyiniz xahiş olunur.
Avtomatika üzrə mütəxəssis
Son tarix 07 sen 2026 - [email protected]
Avtomatika üzrə mütəxəssis istehsalat və texnoloji proseslərdə istifadə olunan avtomatlaşdırma sistemlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin edir. PLC, HMI, SCADA və digər idarəetmə sistemlərinin quraşdırılması, sazlanması, proqramlaşdırılması və texniki xidmətini həyata keçirir. Avtomatika avadanlıqlarında, sensorlarda və idarəetmə sistemlərində yaranan nasazlıqları diaqnostika edir və aradan qaldırır. Yeni avtomatlaşdırma layihələrinin tətbiqində iştirak edir, sistemlərin sınaqlarını keçirir və texniki təkmilləşdirmələr üzrə təkliflər hazırlayır.Texniki sənədləşməni aparır, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edir, sistemlərin etibarlı istismarını təmin edir.
Vəzifə öhdəlikləri:
- Avtomatika üzrə mütəxəssis alət və nəzarət sistemlərinin funksional yoxlanılmasını həyata keçirir, xəbərdarlıq sistemləri, kilidlər və geri əlaqə mexanizmlərinin düzgün işləməsini təmin edir.
- PLC, HMI və SCADA sistemləri ilə işləyir, PLC proqramlarında dəyişikliklər edir, PLC ilə PC arasında əlaqəni qurur və prosesə uyğun tənzimləmələr aparır.
- Avtomatik idarəetmə və ölçmə cihazlarının kalibrlənməsi, konfiqurasiyası, nasazlıqların diaqnostikası və təmiri işlərini həyata keçirir, yeni xətlərin və avadanlıqların ilkin testini aparır.
- Texniki sənədlərin, elektrik sxemlərinin və istismar təlimatlarının hazırlanmasını təmin edir, ehtiyat hissələrinin müəyyən olunması və sifariş prosesində iştirak edir.
- İstehsalat və texniki heyətlə koordinasiyalı işləyir, nasazlıqlar barədə rəhbərliyi məlumatlandırır, ISO 9001, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edir və onların icrasına nəzarət edir.
Tələblər:
- PLC, SCADA və HMI sistemləri üzrə bilik və praktiki iş təcrübəsi.
- Sənaye avtomatlaşdırma sistemlərində istifadə olunan sensorlar, aktuatorlar və digər avadanlıqlarla işləmək bacarığı.
- Elektrik və avtomatika sxemlərini oxumaq, analiz etmək və tətbiq etmək bacarığı.
- Avtomatlaşdırma sistemlərinin quraşdırılması, sazlanması, proqramlaşdırılması və diaqnostikası üzrə təcrübə.
- Texniki nasazlıqları operativ müəyyən etmək və aradan qaldırmaq bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Bakı-Masazır, Sumqayıt, Xırdalan, Cəbrayıl
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Avtomatika üzrə mütəxəssis və uyğun olan şəhəri qeyd edilməlidir.














