Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin oktyabr ayı ərzində 321,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcədə bax: Qarşıdakı 4 ildə Neft Fondundan büdcəyə transfertlər - AZALACAQ
Bu barədə FED.az-a Fonddan bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində 465,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, fevral ayı ərzində 371,2 milyon ABŞ dolları, mart ayı ərzində 526,2 milyon ABŞ dolları, aprel ayı ərzində isə 548,7 milyon ABŞ dolları, may ayı ərzində 288 milyon ABŞ dolları, iyun ayı ərzində 278,1 milyon ABŞ dolları, iyul ayı ərzində 212,3 milyon ABŞ dolları, avqust ayı ərzində 440,5 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.