Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin maliyyə aktivləri üzrə əməliyyat xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 0,1 milyon manat artaraq 1,3 milyon manat icra edilib.
Eləcə də bax: Dövlət büdcəsinin tender xərcləri yanvar-iyunda - 7,2% Artıb
FED.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, maliyyə aktivləri üzrə əməliyyat xərcləri proqnoza nisbətən 59 faiz və ya 1,9 milyon manat az icra edilərək illik proqnozun 17,3 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında maliyyə aktivləri üzrə əməliyyat xərcləri yalnız aprel ayında icra edilib.