2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 029,5 milyon manat, xərcəri isə 23 milyard 206,1 milyon manat olub.
Eləcə də bax: Maliyyə naziri gələn il üçün prioritetləri - AÇIQLAYIB
FED.az Dövlət Statistika Komtəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 33,6%, xərcləri isə 15% artıb.
Nəticədə dövlət büdcəsində 3 milyard 823,4 milyon manat artıq vəsait toplanıb.
Xatırladaq ki, cəmi bir ay əvvəl büdcənin profisiti 1 milyard 931 milyon manat idi. Yəni təkcə oktyabr ayında büdcənin profisiti 1 milyard 892milyon manat yüksəlib.