““Hesablama Palatası haqqında” qanunun 20.5-ci maddəsi var. Orada qeyd olunub ki, Milli Məclis Hesablama Palatasının iş planına təklif verə bilər”.
Vahid Əhmədov: "Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın 2022-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.
Sədr bildirib ki, burada söhbət Hesablama Palatası ilə Milli Məclisin birgə işləməsindən gedir: “Doqquz ildir ki, Palatanın sədriyəm, hələ bir dəfə də təklif olmayıb. Düzdür, bu il 2 deputatın təklifi ilə iş planımıza nəzarət tədbiri daxil etmişik. Onlardan biri mətbuatda, digəri isə Milli Məclisdə çıxış edib. Lakin təkliflər ayrı-ayrı millət vəkilləri səviyyəsində olmalı deyil, konkretləşib sistem şəklində təklif oluna bilər”.