Dolların kursu avroya nisbətdə ucuzlaşır, yuana qarşı isə bahalaşır.
MarketWatch yazır ki, bugünki Asiya hərraclarının gedişində ABŞ dolları avroya nisbətdə zəifləyərək ucuzlaşmış, yuan ilə müqayisədə isə bir qədər artım nümayiş etdirmişdir.
Bazar iştirakçıları ABŞ əmək bazarı üzrə cümə günü yenilənmiş güclü statistik məlumatlara əvvəlki kimi reaksiya verirlər.
İlk yay ayında təkrar gözdən keçirilmiş 292 minlik artımdan sonra ABŞ iqtisadiyyatında 2016-cı ilin iyul ayında iş yerlərinin sayı 255 minə qədər artdı. Belə güclü məlumatlar bazar iştirakçılarını Fedrezervin əsas faiz dərəcələrinin artım müddəti üzrə olan proqnozlarını təkrar gözdən keçirməyə vadar etdi. İndi onun artım ehtimalının keçən həftənin əvvəlində verilən 18 % ilə müqayisədə sentyabrda 26% olacağı qiymətləndirilir.
FRS-in sentyabrda baş tutacaq iclasına qədər həmçinin ABŞ-dakı işsizlik barədə avqust hesabatı da nəşr olunacaq.
Saat 9:37-də avronun dollara nisbətdə kursu cümə günü sessiyanın bağlanması zamanı müəyyən edilmiş 1,1086$ ilə müqayisədə 1,1093$-a qədər artmışdı.
Dollar-yuan cütlüyündə isə əvvəlki hərracın bitməsi zamanı müəyyən edilmiş 101,82 yuan ilə müqayisədə dollar 102,12 yuanadək bahalaşmışdı.
Avro-yuan cütlüyündə isə avro cümə günü sessiyanın bağlanması zamanı müəyyən edilmiş 112,87 yuan ilə müqayisədə 113,27 yuana qədər artmışdı.
“Hal-hazırda bazarda zəifləmiş volatillik müşahidə olunur. Cümə günü dollar güclü statistik məlumatlara əsasən bütün valyutalara nisbətdə bahalaşdı, lakin mülayim artım müşahidə edilirdi” deyə “Mitsubishi UFJ Trust and Banking”-in baş analitiki Tosixiko Sakai qeyd etmişdi.