Dünyanın aparıcı bankları 2018-ci ildə ABŞ dollarının məzənnəsinin yüksələcəyini və dollar investorlarına uzun mövqe tövsiyə edir. FED.az Reporta istinadən xəbər verir ki, "Bank of America", "BNP Paribas" və "JPMorgan Chase" buna səbəb kimi FED-in uçot dərəcəsini artırmağa davam edəcəyini və ABŞ-ın vergi islahatlarını göstərir.
İsveçrə Mərkəzi Bankının (SNB) uçot dərəcəsini artırmayacağı fonunda hər 3 bank USD/CHF məzənnəsində uzun mövqe açmağı tövsiyə edir. "Bank of America"nın qlobal reytinqlər və valyuta bazarları şöbəsinin müdiri Devid Vu (David Vu) bildirib ki, FED və SNB arasında monetar siyasət fərqi məzənnədə özünü dolların xeyrinə biruzə verəcək".
"BNP Paribas" isə USD/CHF məzənnəsinin 2018-ci ilin ortasına kimi 5% yüksələcəyini bildirib. "JPMorgan Chase"in srategiya mütəxəssisi Pol Miqyesi (Paul Meggyesi) dolların yüksələn uçot dərəcəsi və vergi dərəcələrinin azalması ilə dəstəklənəcəyini qeyd edib.