“Hər kəsə məlumdur ki, Azərbaycanda sahibkarlara dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
“Ölkəmizdə sahibkarlara verilən dövlət dəstəyi bir çox ölkələr üçün nümunədir. Prezident İlham Əliyev tərəfindən sahibkarlıq subyektlərinə dövlət dəstəyinin verilməsi üçün müvafiq tapşırıqlar verilib, bu sahədə bir sıra normativ sənədlər imzalanıb, sahibkarlara müəyyən güzəştlər verilib. Dövlət Gömrük Komitəsi hər zaman sahibkarlara dəstək verib və bundan sonra da verəcək. Bu il ərzində Dövlət Gömrük Komitəsi yanında Apellyasiya Şurasında cəmi 1 müraciətə baxılıb ki, bu da bizim qurumla bağlı deyildi. Hazırda Dövlət Gömrük Komitəsi ilə sahibkar arasında bur dənə də olsun məhkəmə çəkişməsi yoxdur. Çətin il olsa da, biz bu ili uğurla başa vururuq”, - deyə A.Əliyev vurğulayıb.