İqtisadçı ekspert Rövşən Ağayev manatın ucuzlaşdırılması ilə bağlı təklifləri dəstəkləmədiyini bildirib.
Eləcə də bax: “Banklar dollarla təmin edilməlidir ki, insanlar problem olmadığını görsün”
Ekspert fikrini belə izah edib:
Bəzi iqtisadçı həmkarlarımın manatın ucuzlaşdırılması ilə bağlı təkliflərini dəstəkləmirəm.
Səbəblərini deyim.
Çox ciddi siyasi, iqtisadi və institusional islahatlarla dəstəklnəmədiyi tədqirdə məzənnə siyasətilə manevrlərin iqtisadiyyata dağıdıcı zərərləri faydalarından qat-qat artıq olur.
Marşal-Lerner yanaşması əsasında ekspert qrupumuzun bir dəyərləndirməsi var, 2019-cu ilin nəticələrinə əsasən qiymətləndirdikdə manatın 2015-ci ildəki kəskin ucuzlaşmasının ölkənin qeyr-neft ixrac potensialının (istər əmtəələr, istərsə də xidmətlər baxımından) güclənməsi, idxal asılılğının azaldılması ilə bağlı ciddi təsirləri olmadı. Tədiyə balansının qeyri-neft struktuna, qeyri-neft defisitinin dinamikasına baxın, mən deyəni aşkar görəcəksiniz.
Əksinə devalvasiya hər cür əmtəə və xidmət çeşidnin idxalından yüksək asılılığımız olduğu şəraitdə kəskin və dağıdıcı inflyasiya yaradır, qazancları manatla, öhdəlikləri xarici cinsdən olan valyuta ilə olan bütün subyektləri iflas zolağına salır.
Devalvasiyaya getməkdənsə üzən məzənnəye keçidin tərəfdarıyam. Amma bunun üçün bir sıra siyasi, iqtisadi və institusional addımlar atılmalıdır: Bura daxildir:
1)Ölkədə iqtisadi inhisarçılıq kökündən dağıdılmalıdır, məmur sahibkarlığı heç bir halda olmamalıdır. Avtonom və parlament qarşısında hesabatlı olan Antiinhisar Agentıliyi yaradılmalıdır;
2) Nəticəəsaslkı büdcəyə keçid maksimum 2-3 il ərzində tam başa çatıdırlmalıdır;
3) Parlamentin büdcə səlahiyyətləri maksimum artırılmalı, icra hakmiyyətinin büdcə səlahiyyərləri maksimum məhdudlaşdırılmalıdır;
4) Dövlət satınalmaları ən yüksək səviyyədə şəffaflıq və hesabatlılıq təmin edilməli, bu sahəyə məsul agentlik avtonom olmalı və parlament qarşısında hesabat verməlidir;
5) Azad və ədalətli yeni parlament yaradılmalıdır;
6) Əksmərkəzləşmə konsepsiyası qəbul edilib bölgələrin iqtisadi müstəqilliyi artırılmalıdır, maliyyə əksmərkzələşməsi baş verməlidir.
7) Səmərəli fond bazarı formalaşdırılmalı, investisiya institutlarının fəaıliyyəti üçün əlverişli mühit olmalıdır.
Uzada bilərəm siyahını, amma ehtiyac yoxdu. Üzən məzənnə xalis bazar mexanizmidir. Sovet iqtisadiyyatı və siyasi sistemində belə mükəmməəl bazar mexanizmi qurula v işləyə bilməz. Hökumət də bunu bildiyi üçün mümkün olduğu qədər məzənnənin liberallaşmasından az danışır və qeyri-müəyyən vədlər verir...
Ən azından yaxın 5-10 gün ərzində prosesi izləmək, neftin uzun müddət ərzində qərarlaşa biləcəyi nöqtənin olub-olmayacağını dəyərləndirmək lazımdır. Neftin 30-35 dollar olacağı şəraitlə, 40-45 dollar olacağı şəraitdə veriləcək devalvasiya qərarı eyni olmayacaq. Ona görə çox dəqiq analizlərə ehtuyac var...